Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bloomberg: Tramp Ukraynaya “Tomahawk” verilməsi məsələsində mövqeyini dəyişib

ABŞ prezidenti Rusiya lideri ilə söhbətdən sonra Ukraynaya raketlərin ötürülməsinə tərəddüd göstərib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Ukraynaya “Tomahawk” qanadlı raketlərinin verilməsi ilə bağlı əvvəlki mövqeyini dəyişib. Bloomberg agentliyinin məlumatına görə, Tramp söhbət zamanı daha yumşaq və “konstruktiv” ton seçib ki, bu da Ukraynanın maraqları hesabına baş verib.

Nəşr qeyd edir ki, Tramp Putinə münasibətdə ritorikasını dəyişərək, Kiyevə strateji silah tədarükünə dair ehtiyatlı davranış nümayiş etdirib. Məqalə müəllifinin yazdığına görə, ABŞ lideri Rusiya prezidenti ilə telefon danışığından sonra “Ukraynaya Tomahawk raketlərinin verilməsinə meyilli olmadığını” açıq şəkildə ifadə edib.

16 oktyabrda baş tutan telefon danışığı zamanı Vladimir Putin ABŞ prezidentini Qəzza zolağında atəşkəsin əldə olunması münasibətilə təbrik edib və onun həyat yoldaşı Melaniya Trampa rus və ukraynalı uşaqların vətənlərinə qaytarılması ilə bağlı humanitar təşəbbüslərdə iştirakına görə təşəkkürünü bildirib.

Görüş zamanı tərəflər həmçinin Ukrayna münaqişəsinin başa çatmasından sonra Rusiya və ABŞ arasında ticarət əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər. Bundan əlavə, Tramp yaxın günlərdə Rusiya və ABŞ nümayəndə heyətləri arasında yeni danışıqların keçiriləcəyini elan edib və Vladimir Putinlə Budapeştdə görüşəcəyini təsdiqləyib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar