Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maçado Nobel Sülh Mükafatını Venesuela xalqına və Donald Trampa həsr edib

Müxalifət lideri: Bu mükafat azadlıq, cəsarət və ədalət uğrunda mübarizənin simvoludur...

Poliqon xəbər verir ki, 2025-ci il Nobel Sülh Mükafatının laureatı, Venesuela müxalifətinin lideri Maríа Korina Maçado mükafatını Venesuela xalqına və ABŞ-ın keçmiş prezidenti Donald Trampa həsr edib. O, bu barədə Osloda keçirilən mükafat təqdimetmə mərasimində çıxışı zamanı bəyan edib.

Maçado çıxışında bildirib ki, Venesuela xalqı illərdir diktatura, iqtisadi böhran və insan hüquqlarının pozulması ilə üz-üzə qalsa da, azadlıq uğrunda mübarizəsini dayandırmayıb. Onun sözlərinə görə, bu mükafat “səssiz əzab çəkən, amma ruhdan düşməyən bütün venesuelalılar”a məxsusdur.

Müxalifət lideri, həmçinin, Donald Trampın Venesuela məsələsində “azadlıq və demokratiya prinsiplərinə sadiqliyini” vurğulayaraq, ABŞ-ın keçmiş prezidentinə “dəstəyi və beynəlxalq səviyyədə göstərdiyi siyasi iradəyə görə” təşəkkür edib.

Maríа Korina Maçado əlavə edib ki, Nobel mükafatı onun üçün yalnız şəxsi nailiyyət deyil, həm də Venesuela xalqının “demokratik gələcəyə inamının” təsdiqidir. O, beynəlxalq ictimaiyyəti Venesuelada insan haqlarının qorunması və ədalətli seçkilərin keçirilməsi üçün səyləri artırmağa çağırıb.

Nobel Komitəsi Maçadonu “avtoritar rejimə qarşı sülh yolu ilə mübarizəyə rəhbərlik etdiyi və qadınların siyasi fəallığını artırdığına görə” mükafata layiq görüb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar