Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-nin öz strateji təsirini gücləndirmə planı: Azərbaycan və Mərkəzi Asiya ön planda...

Vaşinqtonun TRIPP marşrutu layihəsi Çin və Rusiyanın təsir fücünə alternativ kimi təqdim olunur...

ABŞ Mərkəzi Asiyada mövqelərini gücləndirməyə çalışır və bu prosesdə Azərbaycanla Qazaxıstan xüsusi əhəmiyyət daşıyır.

Poliqon xəbər verir ki, bu barədə Townhall nəşri yazır. Nəşr qeyd edir ki, Azərbaycan “Tramp Marşrutu” (TRIPP) adlanan təşəbbüsün əsas həlqələrindən biri hesab olunur. Bu layihə Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirərək Rusiyadan, İrandan və Çindən asılı olmayan yeni ticarət yolları təklif etməyi hədəfləyir. Bu baxımdan Azərbaycanın coğrafi mövqeyi ABŞ üçün strateji tərəfdaşlıq imkanlarını artırır.

Çinin Mərkəzi Asiyada “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürərək region ölkələrini iqtisadi asılılığa salmağa çalışdığı bir vaxtda, Vaşinqton TRIPP kimi layihələri iqtisadi müstəqilliyin təminatı və yeni alternativlərin yaradılması vasitəsi kimi görür. ABŞ-nin Azərbaycan və Qazaxıstanla infrastrukturun inkişafı, iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı region ölkələrinin Çindən və Rusiyadan asılılığını azalda, onlara daha çox iqtisadi suverenlik qazandıra bilər.

Qazaxıstanın dünyanın ən iri uran istehsalçısı olması da Vaşinqton üçün ayrıca maraq doğurur. ABŞ enerji təhlükəsizliyi və nadir torpaq metalları sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bununla yanaşı, nəqliyyat, infrastruktur və yüksək texnologiyalar üzrə əlaqələrin gücləndirilməsi də TRIPP marşrutu vasitəsilə mümkün ola bilər.

Beləliklə, ABŞ-ın Azərbaycan və Qazaxıstanla əməkdaşlığı həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada strateji mövcudluğunu artırmaq, Çin layihələrinə alternativ təklif etmək və region ölkələrinin müstəqil inkişafına dəstək vermək baxımından əhəmiyyətli hesab olunur.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar