Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Perunun sabiq prezidenti korrupsiya üzrə ikinci müddətinə məhkum edilib

Alejandro Toledo 13 il 4 ay həbs cəzası alıb...

Poliqon xəbər verir ki, Peru sabiq prezidenti (2001–2006) 79 yaşlı Alejandro Toledo yerli məhkəmənin qərarı ilə pul yuymaqda günahkar bilinərək 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Hazırda Toledo əvvəlki korrupsiya ittihamı üzrə Liması polis bazasında yerləşən həbsxanada cəzasını çəkir. Həmin həbsxanada digər sabiq prezidentlər – Ollanta Humala, Pedro Kastillo və yaxınlarda Martin Vizkarra da müxtəlif korrupsiya cinayətlərinə görə saxlanıb.

İkinci iş üzrə ittiham aktına görə, Toledo və həyat yoldaşı Liması prestijli rayonlarından ev və ofis almaq üçün 5,1 milyon dollar xərcləyiblər. Bundan əlavə, onlar iki digər əmlakın ipoteka borcunu da ödəyiblər. Pul vəsaiti Kosta-Rikadakı ofşor şirkət vasitəsilə köçürülüb; bu şirkət Toledonun qanunsuz gəlirləri yumaq məqsədilə yaradılıb.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında Peru məhkəməsi Toledoya korrupsiya ittihamı üzrə 20 il 5 ay həbs cəzası vermişdi. Məhkəmə qərarına görə, sabiq prezident 35 milyon dollar rüşvət müqabilində Braziliyanın Odebrecht tikinti korporasiyasına Braziliya və Peru arasında iki yol seqmentinin inşası üçün müqavilə qazandırıb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar