Barak və Mişel Obama “The Light Podcast”də birgə görünərək boşanma barədə yayılan söz-söhbətləri rədd etdilər…
Poliqon xəbər verir ki, Barak və Mişel Obama Mişelin qardaşı Kreyq Robinson ilə birlikdə apardığı “The Light Podcast”in yeni buraxılışında birlik nümayiş etdiriblər.
Son aylarda mediada geniş yayılmış boşanma şayiələri bu görüşdə müzakirə olunub. Lakin bədən dili üzrə ekspertin fikrincə, cütlüyün davranışı qarışıq təəssürat yaradıb.
Mişel podkastın əvvəlində zarafatla bildirib ki, “Biz hələ də eyni otaqdayıq, yoxsa insanlar boşandığımızı düşünəcək”. Sabiq birinci ledi Barakdan ayrılmaq barədə heç vaxt düşünmədiyini qəti şəkildə söyləyib.
Ekspert Cudi Ceymsin fikrincə, Obamaların bir-biri ilə münasibətində dəyişikliklər hiss olunur. Onun sözlərinə görə, Mişelin bədən dili narahatlıq və gərginlik əlamətləri göstərir, Barakın isə boşanma iddialarına reaksiyası qəribə olub. Cütlük vaxtilə qarşılıqlı romantika və bərabərlik nümayiş etdirirdi, indi isə bir qədər gərgin görünürlər, lakin şayiələrə son qoymaq niyyətindədirlər.
Mişel və Barak arasında fiziki təmas yox idi, Barak yalnız Mişelin qardaşına əl uzadıb. Podkastın sonunda Mişel rəsmi şəkildə “Təşəkkürlər, Barak Obama” deyərək emosional gərginlik əlaməti olan qolbaqlarını oynadıb.
Mişel səmimi şəkildə bildirib ki, 33 illik evlilik müddətində ərindən ayrılmaq barədə heç vaxt düşünməyib: “Çətin anlar yaşadıq, amma çox sevinc də oldu. Barak sayəsində mən daha yaxşı insan oldum”.
Qeyd edək ki, Barak və Mişel Obama 33 ildən çoxdur bir yerdədir və iki qız böyüdürlər. Boşanma barədə yayılan söz-söhbətlərə baxmayaraq, cütlük münasibətlərinin pozulmasını rədd edir.
Son dövrlər Mişelin Cimmi Karterin dəfnində və Donald Trampın andiçmə mərasimində iştirak etməməsi boşanma iddialarını gücləndirsə də, o, bunun şəxsi qərarı olduğunu vurğulayır.
Poliqon.info