Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir

Sumqayıtda “ağacların qənimi” kimi tanınan Rzayev Telman Bəylər oğlu yeni obyekt tikdirir...

Xatırladaq ki, 2 il öncə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, “Sumqayıt” şadlıq evinin yanında qarağac ağaclarını qanunsuz olaraq budamış vətəndaş Rzayev Telman Bəylər oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə əsasən akt və protokol tərtib edilərək fiziki şəxs qismində 8400 manat məbləğində cərimə tətbiq olunmuşdu. Amma görünür, nazirliyin cərimə sanksiyası həmin vətəndaş üçün yetərli olmayıb. Çünki həmin vətəndaş pul qazanmaq xatirinə ekologiyaya qənim kəsildiyini bir daha sübut edib və onu cərimələyən nazirliyə özünəməxsus tərzdə cavab verib. Əgər həmin gün 1,5-2 metr hündürlükdə budanmışdısa, sonra isə həmin ağaclar kökündən çıxarılıb və yerləri torpaqla doldurulub.

Həmin günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Ətraf Mühitin Mühafizəsi Şöbəsində sektor müdiri vəzifəsində çalışan Raqub Mirzəyev qeyd etmişdir ki, ərazi nazirlik tərəfindən nəzarətə götürüləcək və orada heç bir tikinti işlərinin aparılmasına yol verməyəcək.
R.Mirzəyev qeyd olunan məsələ ilə bağlı aidiyyatı dövlət strukturlarına müvafiq məktublar göndəriləcəyini bildirmişdir. Onun sözlərinə görə, məsələnin məktublarda bu qurumlar tərəfindən də nəzarətə götürülməsi və yeni ağacların əkilməsinin təmin olunması tələb olunacaq.

Belə məlum olur ki, görülən tədbirlər ölkə ekologiyasına qənim kəsilmiş  Rzayev Telman Bəylər oğlunun qarşısını ala biləyib…

Yenixeber.org-a daxil olan məlumata görə, Telman Rzayev Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə Böyük Qafqaz küçəsinin kəsişməsində yeni ticarət obyekti tikdirdirir. Ümumi sahəsi 448 m2 olan obyektin yaxın günlərdə fəaliyyətə başlayacağı bildirirlir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay