Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub...

Poliqon xəbər verir ki, İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza rifah və tərəqqi arzulayıb.

Prezident İlham Əliyev də öz növbəsində İran Prezidentini, qardaş və dost İran xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, firavanlıq və tərəqqi arzularını çatdırıb.

Məsud Pezeşkian ölkəmizə rəsmi səfərini, səfər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb.

Azərbaycan Prezidenti də səfər zamanı aparılan müzakirələri yüksək qiymətləndirib.

Telefon danışığı əsnasında hazırda iki ölkənin aidiyyəti dövlət qurumlarının Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb. Səfərin nəticəsi olaraq Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması qeyd edilib, bunun xalqlarımız arasında təmasların artmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

Azərbaycan-İran əlaqələrinin inkişafında hazırda dönüş nöqtəsinin olduğu vurğulanıb və birgə səylərlə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq bildirilib.

Telefon söhbəti zamanı dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlərə də dair fikir mübadiləsi aparıblar.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Ən çox oxunanalar