Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADSEA: Transsərhəd və yerli çaylarda sululuq səviyyəsi artıb

Respublika ərazisində yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb...

Bu barədə Poliqon-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Qeyd edilib ki, ölkə ərazisində təxminən 60-dan çox sel və daşqın təhlükəsi olan çay mövcuddur. Bu kimi təbii hadisələr əsasən yaz-yay aylarında müşahidə olunur.

Hacıqabul rayonunda yağan intensiv yağışlar nəticəsində Udullu kəndi, Muğan qəsəbəsi və digər ərazilərdə həyətyanı sahələrin müvəqqəti subasması qeydə alınıb. Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilib. Ərazilərə cəlb olunmuş maşın-mexanizmlər və işçi qüvvəsi vasitəsilə fəsadlar operativ şəkildə aradan qaldırılıb. Çaylarda məcratənzimləmə işləri aparılıb, bəndlər möhkəmləndirilib və sahilbərkitmə tədbirləri görülüb.

Sel hadisəsinə dair vəziyyətin operativ qiymətləndirilməsi məqsədilə Regional Su Meliorasiya Xidmətinin rəhbəri gecə saatlarında əraziyə baxış keçirib. Udullu kəndindəki süni göldə su səviyyəsinin yüksəlməsi səbəbilə yaxınlıqdakı yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri, yol infrastrukturu və digər obyektlərdə subasma təhlükəsinin qarşısını almaq üçün zəruri tədbirlər görülüb. Ciddi təhlükə qeydə alınmayıb.

İsmayıllı rayonu ərazisindən keçən çaylarda da qısa müddətli sel suları müşahidə olunub, lakin ciddi fəsad baş verməyib.

Hazırda da qabaqlayıcı tədbirlər davam etdirilir.

Poliqon.info


Etiket: ADSEA


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar