Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 105 il keçir

Bu gün 28 aprel istilasından, yəni Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan 105 il keçir...

AXC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Ancaq o, cəmi 23 ay yaşaya bilib.

1920-ci ilin 28 aprelində ölkədə sovet hakimiyyətinin qurulması məqsədilə Rusiya Federativ Sosialist Respublikasına məxsus XI Qızıl Ordu və Volqa-Xəzər hərbi donanması Azərbaycanı işğal edib.

Bununla da Respublika süqut edib.

Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən-dırnağa qədər silahlanmış ordu ilə gəlmişdi.

Müasir Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci aprelin 28-dək mövcud olan AXC-nin hüquqi, siyasi və mənəvi varisidir.

Bildirək ki, 1918-ci ilin mayın 28-də AXC-nin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan AXC cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.

1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar