ABŞ prezidenti Donald Tramp bildirib ki, Londonda Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar “yaxşı” keçib...
Poliqon xəbər verir ki, görüş əvvəlcə nazirlər səviyyəsində keçirilməsi nəzərdə tutulsa da, sonrada bir neçə iştirakçının - ABŞ dövlət katibi Marko Rubionun, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoffun, həmçinin Fransa, Böyük Britaniya və Almaniya xarici işlə nazirlərinin imtinası səbəbindən ekspertlər səviyyəsində baş tutub.
Görüşdə ABŞ-nin sülh yolu ilə nizamlanmaya dair təklif etdiyi planın müzakirə ediləcəyi gözlənilirdi. Bu plan Rusiya üçün iki mühüm tələbi özündə ehtiva edir: Krımın Rusiya Federasiyasına məxsusluğunun tanınması və Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsini.
Ukrayna hakimiyyəti Krımın Rusiya ərazisi olaraq tanınmaq ehtimalını açıq şəkildə rədd edib. Buna ABŞ prezidenti öz qəzəbimi nümayiş etdirib.
“Cənab Zelenskinin bəyanatı sülh danışıqlarına zərbə vurub, çünki Ukrayna uzun illər əvvəl yarımadanı itirib və bu, indi hətta müzakirə mövzusu deyil”, deyə Tramp bildirib.
Poliqon.info