Meta şirkətinin rəhbəri Mark Zukerberq ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən monopoliyada ittiham edildikdən sonra Vaşinqtonda məhkəmədə bu barədə qərar verib...
Poliqon xəbər verir ki, bu barədə “Reuters” Agentliyi məlumat yayıb.
ABŞ-nin Ticarət Komissiyası bildirib ki, şirkət mesaj mübadiləsi üçün istifadə edilən platformalar sahəsində Facebook-un potensial rəqiblərini zərərsizləşdirmək məqsədilə Instagram və WhatsApp-ı əldə etmək üçün milyardlarla dollar xərcləyib.
Zukerberq ittihamları rədd edərək qeyd edib ki, məlumatı dostlar və ailə ilə bölüşmək, digər məzmunları kəşf etməklə yanaşı, proqramın prioritetlərindən yalnız biridir. Onun sözlərinə görə, Facebook-da məzmunun yalnız 20%-i, Instagram-da isə 10%-i istifadəçilərin dostları, qalanları isə maraq hesabları tərəfindən yaradılır.
FTC, Instagram və WhatsApp-ın Meta strukturunun yenidən qurulmasına və ya satışına təkan verir. “Reuters” qeyd edib ki, Instagram-ın itirilməsi şirkətin gəlirlərinin ciddi şəkildə azalmasına səbəb ola bilər. Emarketer araşdırma şirkətinin məlumatına görə, Instagram-ın 2025-ci ildə təkcə ABŞ-də 37 milyard dollar reklam gəliri əldə edəcəyi gözlənilir.
Poliqon.info