ABŞ hökumət dairələrində ölkənin Rusiya ilə dialoqu bərpa etməsini istəməyənlər çoxdur...
Poliqon “RİA "Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB xarici işlər nazirlərinin iclasının yekunları üzrə çıxışında deyib.
“İndi də ABŞ-nin özündə həm demokratlar, həm də respublikaçılar arasında, yeri gəlmişkən, fikir ayrılıqlarına baxmayaraq, prezident Donald Tramp və komandasının münasibətlərin normallaşdırılmasına və hər hansı məsələlər üzrə dialoqun bərpasına və bu siyasətin üstünlük təşkil etməsini istəməyən çox adam var”, deyə Lavrov bildirib və əlavə edib ki, prezident Co Bayden administrasiyası tərəflər arasında etimadı tamamən sarsıdıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin iki ölkə arasındakı təmaslara aldanmamağa çağırıb.
Qeyd edək ki, Rusiya və ABŞ arasında danışıqların ikinci raundu cümə axşamı, aprelin 10-da İstanbulda başa çatıb. Rusiya Baş Konsulluğunda məsləhətləşmələr beş saatdan çox davam edib.
Kreml bəyan edib ki, görüşdə Ukrayna münaqişəsinin nizamlanması məsələsi müzakirə olunmayıb və bütün diqqət iki ölkə arasında diplomatik münasibətlərin normallaşdırılmasına yönəlib.
Poliqon.info