Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman: Qaçqın həyatı yaşamış azərbaycanlıların hüquqlarının bərpası üçün geniş işlər görülüb

Azərbaycanlılara qarşı Ermənistanın uzun illərdir həyata keçirdiyi etnik təmizləmə və nifrət siyasəti nəticəsində yüz minlərlə insanın pozulmuş hüquqlarının bərpası beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmət baxımından böyük önəm daşıyır...

Poliqon xəbər verir ki, bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzənin təqdimatı zamanı deyib.

Ombudsman qeyd edib ki, müxtəlif vaxtlarda əzəli torpaqlarından zorla qovularaq qaçqın həyatı yaşamağa məcbur olmuş azərbaycanlıların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində Ombudsman tərəfindən geniş fəaliyyət həyata keçirilib, müvafiq beynəlxalq təşkilatlar qarşısında bu məsələ davamlı olaraq qaldırılıb:

"Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra Ermənistanın insan hüquqlarına ciddi təhdid yaradan mina terroru haqqında məlumat Ombudsman tərəfindən il ərzində dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb, bəzi beynəlxalq təşkilatların həmin çağırışlara laqeyd münasibəti ölkəmizə qarşı ikili standartların açıq təzahürü kimi qiymətləndirilib".

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar