Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zamirə Hacıyevanın bu mülkləri satışa çıxarıldı - Foto

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın müsadirə olunan mülkləri satışa çıxarılıb...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, satışa çıxarılan əmlaklar Z.Hacıyevanın London Naytsbrikdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubudur. Hər iki mülk ümumilikdə 19,5 milyon funt-sterlinqə satışa çıxarılıb.

Bildirilib ki, payızda aktivləri satmaq üçün London Ali Məhkəməsi tərəfindən qəyyum təyin edilib və satış üçün onlayn reklamlar fevralın sonundan etibarən yayımlanmağa başlayıb.

1990-cı illərin əvvəllərində hazırlanan Qolf klubu bazarda 4,75 milyon funt-sterlinqədir:

Naytsbrik "Walton Street"də yerləşən dəbdəbəli ev isə 14,75 funt-sterlinqə satışa qoyulub. Malikanə Harrodsdan beş dəqiqəlik məsafədədir:

Qeyd edək ki, Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) keçən il sözügedən qolf klubu və evin fırıldaqçılıq, mənimsəmə, saxta qeydiyyat, habelə, çirkli pulların yuyulması yolu ilə əldə edildiyini açıqlamışdı.

2018-ci ildə sözügedən agentlik Cahangir Hacıyevin İngiltərədəki əmlakının satılmaması və ya kiməsə verilməməsi üçün ona həbs qoymuşdu.

Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci ilin martına qədər ABB-nin idarə Heyətinin sədri olub. Növbəti il o, mənimsəmə, vəzifədən sui-istifadə, dələduzluq və israfa görə Azərbaycan məhkəməsi tərəfindən məhkum edilib. O, 2019-cu ildə ABB-nin Moskva filialından oğurluğa görə də məhkum edilib və hazırda Bakıda 16 il 6 ay müddətinə həbs cəzası çəkir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay