Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xidmət: Su təchizatı gücləndirilmiş iş rejimində həyata keçirilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Su Təchizatı Xidməti qarlı-yağışlı və şaxtalı hava şəraitində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir...

Bu barədə “Report”un sorğusuna cavab olaraq Xidmətdən bildirilib. 

Məlumata görə, Xidməti bütün strukturu, o cümlədən su kanal idarələri fasiləsiz rejimdə çalışır.

Son üç gündə Bakıya və respublikanın digər ərazilərinə yağan qar təbii olaraq su təchizatına müxtəlif təsirlər göstərib. Bu təsirlərdən biri kimi xətlərin donmasını, sayğacların buz bağlamasını və suyun təzyiqinin aşağı düşməsini qeyd edə bilərik. Bu problemlərin aradan qaldırılması üçün fasiləsiz tədbirlər həyata keçirilir.

"Suyun təzyiqinin azaldılması həm də xəttdə suyun daha yaxşı və daha sürətli axınını təmin etmək məqsədi daşıyır. Lakin donvurmaların qarşısının alınması üçün biz əvvəlcədən, hər zaman olduğu kimi, əhaliyə kütləvi informasiya vasitələri ilə məlumat veririk, maarifləndirici roliklər yayımlayırıq və lazımi tədbirlər barədə xəbərdarlıq edirik.

Fasiləsiz rejimdə fəaliyyət göstərən 955 nömrəli çağrı mərkəzimiz var. Son üç gün ərzində mərkəzə suyun donması, sayğacların buz bağlaması və evə gələn suyun xətdə donması ilə bağlı müraciətlər daxil olub. Bu müraciətlər əsasında operativ iş əmri açılaraq dərhal ünvana texniki heyət göndərilib, problemlər aradan qaldırılıb. Sayğacların dəyişdirilməsi tələb olunarsa, dəyişdirilir, donmuş xətlər açılır.

Donvurmalar əsasən fərdi həyətyanı sahələrdə müşahidə olunur ki, bu da abonentlərin əvvəlcədən tədbirlər görməsini zəruri edir. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, sayğaclar yun və yaxud əskilərlə bükülsün, su xətlərinin üzərinə yonqar tökülsün və ümumiyyətlə, istilik yaratmaq üçün lazımi tədbirlər görülsün ki, suyun donmasının qarşısı alınsın.

Hazırda su kanal idarələri müntəzəm və fövqəladə rejimdə fəaliyyətlərini intensiv şəkildə davam etdirir”, – deyə məlumatda qeyd olunub. 

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar