BMT Təhlükəsizlik Şurası bu gün ABŞ-nin Ukrayna ilə bağlı Rusiyaya qarşı ittihamlar olmayan qətnaməsinə layihəsinə səs verəcək...
BMT Təhlükəsizlik Şurası bazar ertəsi, fevralın 24-də yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 24:00) ABŞ-nin Ukrayna ilə bağlı təqdim etdiyi qətnamə layihəsinə səs verəcək,
Poliqon xəbər verir ki, bu barədə BMT TŞ-də sədrlik edən Çinin Daimi Nümayəndəliyindən “RİA Novosti” Agentliyinə bildirib.
ABŞ-nin qətnamə layihəsi amerikalı diplomatların BMT Baş Assambleyasına təklif etdiyi layihəyə bənzəyir (Baş Assambleyanın qətnamələri hüquqi qüvvəyə malik deyil). BMT Təhlükəsizlik Şurasının təklif etdiyi sənəddə Rusiyaya qarşı işğal və ya ittihamlarla bağlı heç bir ifadə yoxdur, münaqişə tərəfləri Rusiya-Ukrayna olaraq göstərilir. Qətnamə layihəsində ölənlər üçün kədərlənir və münaqişəyə tezliklə son qoymağa çağırılır.
Xatırladaq ki, hər il Ukrayna və Qərb ölkələri BMT Baş Assambleyasına qətnamə layihəsini səsverməyə təqdim edirlər. Bu dəfə ABŞ Ukryananın təqdim etdiyi sənədin BMT Baş Assambleyasından geri götürülməsini tələb etsə də, Ukrayna bundan imtina edib. ABŞ-nin qətnaməsi BMT Təhlükəsizlik Şurasında dəstəklənsə, Baş Assambleyada səsvermə aktuallığını itirəcək.
BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbulu üçün ən azı doqquz səs lazımdır və daimi üzvlər - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa tərəfindən veto qoyulmamlıdır.
Poliqon.info