Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Si Tsinpin Moskvada Qələbə bayramına qatılacaq

Çin Xalq Respublikasının sədri Si Tsinpin Moskvada Qələbənin 80-ci ildönümünə həsr olunmuş bayram tədbirində iştirak etmək üçün dəvəti qəbul edib...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri İqor Morqulov məlumat verib. Çin rəsmiləri hələ ki, məlumatı şərh etməyiblər.

“Çin Xalq Respublikasının sədri Si Tsinpin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək dəvətini qəbul edib və öz növbəsində Vladimir Vladimiroviç Putini sentyabrın əvvəlinə planlaşdırılan bayram tədbirləri üçün Çinə dəvət edib”, deyə diplomat “Rossiya 24” telekanalının efirində bildirib.

Qeyd edək ki, Si Tsinpin Moskvaya sonuncu dəfə 2023-cü ildə səfər edib. Onun üç günlük səfəri martda Vladimir Putinin dəvəti ilə baş tutub.

Xatırladaq ki, bu il Slovakiyanın baş naziri Robert Fiko, Serbiya prezidenti Aleksandr Vuçiç, Fələstin prezidenti Mahmud Abbas və Braziliya prezidenti Luiz İnasio Lula da Silva da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etmək planlarını açəqlayıblar. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya parada “çoxlu dövlət başçılarını” dəvət edəcək.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay