Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN: Yaxın 3 gündə qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edəcək

Yaxın 3 gün ərzində ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti hökm sürəcək, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq...

Poliqon xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Nazirlik rəsmisi qeyri-sabit hava şəraiti ilə əlaqəli sinoptiklərin verdiyi xəbərdarlıqlara əməl edilməsi tövsiyəsi ilə bir daha vətəndaşlara müraciət edib:

"Hava haqqında Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən açıqladığı məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirilməli və gündəlik fəaliyyətdə mütləq şəkildə nəzərə alınmalıdır. Vətəndaşlara qeyri-sabit və küləkli hava şəraitində ehtiyatlı olmağı, hündür ağacların altında dayanmamağı, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamamağı, dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlaması səbəbindən sürücülərə hərəkət edərkən diqqətli və ehtiyatlı davranmalarını tövsiyə edirik. Hər birimizin ehtiyatsızlığı müəyyən hadisələrə səbəb ola bilər. Xoşagəlməz halların baş verməməsi üçün ardıcıl olaraq verilən hava xəbərdarlıqlarına, çağırışlara və tövsiyələrə əməl olunması vacibdir”.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Erməni spiker Rusiyaya xəbərdarlıq edib: Keçmiş səhvləri təkrarlamayın...

İran ABŞ esminesinə zərbə endirdiyini iddia edib

Ən çox oxunanalar