Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“e-rüsum” informasiya sistemi yaradılacaq, dövlət rüsumları "e-bildiriş" əsasında ödəniləcək

"Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)" informasiya sistemi yaradılacaq və dövlət rüsumları "e-bildiriş" əsasında ödəniləcək...

Poliqon-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu” haqqında qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün "e-bildiriş"in təqdim edilməsi, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsi, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulu və aidiyyəti üzrə baxılması, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçot müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
"e-bildiriş" dövlət rüsumu tutulan hər bir xidmət və hüquqi hərəkət üzrə elektron qaydada tərtib olunan, dövlət rüsumunun dövlət büdcəsinə daxilolmalarının təyinatı üzrə hesablanması və köçürülməsi üçün istifadə olunan və bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə təqdim edilən sənəddir. "e-bildiriş"in tərtibi, tətbiqi və uçotu qaydaları, "e-bildiriş"in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulur və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırması məqsədilə həmin orqanın xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Poliqon.info


Etiket: İlham Əliyev


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar