Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ürəyin 1 nömrəli dərmanı bu salatdır

Həkimlər və dietoloqlar ürək və damar sağlamlığına müsbət təsir edən məhsulları araşdırmağa davam edir...

Bu dəfə mütəxəssislər ürək-damar xəstəlikləri riskini azaltmağa və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edən salatı müəyyənləşdiriblər..

Söhbət avokado və qoz-fındıqdan ibarət salatdan gedir. Bu iki inqrediyent, "pis" xolesterinin səviyyəsini azaltmağa və damarların divarlarını möhkəmləndirməyə kömək edən faydalı yağların güclü mənbəyidir. Avokado təkcə ürək əzələsinin normal fəaliyyətinə vacib olan mono-doymamış yağlar, E vitamini və kaliumla zəngin deyil, həm də iltihab əleyhinə təsir göstərir. Qoz-fındıq isə tərkibindəki omega-3 yağ turşuları ilə orqanizmdə iltihabi proseslərə qarşı mübarizə aparır və ürək-damar sisteminin sağlamlığını dəstəkləyir.

Salata əlavə olaraq yarpaqlı göyərti (məsələn, ispanaq və ya rukola) əlavə etmək olar. Bu göyərtilər antioksidantlarla və liflə zəngindir, bu isə həzmi yaxşılaşdırır və hüceyrələri oksidləşmə stresindən qoruyur. Salatın üzərinə zeytun yağı tökmək tövsiyə olunur. Çünki o, həm faydalı yağlar, həm də antioksidant xüsusiyyətləri ilə seçilir.

Dietoloqlar bu salatı həftədə ən azı iki dəfə yeməyi məsləhət görür. Onu mütəmadi olaraq menyuya daxil etmək infarkt və insult riskini əhəmiyyətli dərəcədə azalda, xolesterin səviyyəsini yaxşılaşdıra və qan təzyiqini normada saxlamağa kömək edə bilər.

Beləliklə, avokado, qoz-fındıq və göyərtidən hazırlanan sadə və əlçatan salat ürək sağlamlığına qayğı göstərənlər üçün effektiv profilaktik tədbir ola bilər. Bu salatı menyunuza əlavə edin və fərqi hiss edin! (baku.ws)

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Ən çox oxunanalar