2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səsvermə prosesində seçki məntəqələrində “web-kameralar”dan istifadə barədə məlumat verilib...
Poliqon-un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, web-kameraların Azərbaycanda müsbət təcrübəsi var: “Aşkarlıq ən ümdə meyarlardan biridir. Ölkədə 70 minə yaxın yerli müşahidəçi bələdiyyə seçkilərini müşahidə edəcək. web-kameralardan istifadə səsvermə günü şəffaflığın artırılması üçün tətbiq olunan layuhədir. 1000 seçki məntəqəsində qurulan web-kameralar vasitəsilə bütün proseslər müşahidə ediləcək. Bu da aşkarlıq üçün çox mühüm vasitəyə çevrilib. Bələdiyyə seçkiləri keçiriləcək 118 seçki dairəsinin 1000 seçki məntəqəsində web-kameralar quraşdırılacaq”.
Web-kameralar quraşdırılan bəzi məntəqələrdə müəyyən dəyişikliklər olub. 2024-cü il niyabrın 26-da 51 seçki məntəqələrinin hüdudlarında dəyişiklik etmişik. Ümumilikdə 89 seçki məntəqəsinin parametrlərində dəyiçiklik edilib. 62 məntəqənin isə nömrəsində dəyişiklik edilsə də, bu məntəqələrdə web-kameralar əvvəldən vae. 15 yeni seçki məntəqəsində isə yeni web-kameraların quraşdırılması qərarına gəlinib.
Poliqon.info