Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taker Karlson Sergey Lavrovla müsahibəni anons edib

Amerikalı jurnalist ABŞ-nin Ukrayna səfirliyinin Ukrayna prezidenti Vladimir Zelenskiyə müsahibə verməsini qadağan etdiyini bildirib...

Poliqon xəbər verir ki, amerikalı jurnalist Taker Karlson X sosial şəbəkəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müsahibəni lentə almaq üçün Moskvaya səfər etdiyini bildirib.

Taker Karlson qeyd edib ki, o, Lavrovdan Rusiya ilə ABŞ arasında mümkün münaqişə, Moskvanın Pekin və Qərb ölkələri ilə münasibətləri, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Rusiya-Amerika münasibətləri və dünya üçün fəsadlar barədə soruşub.

Taker Karlson əlavə edib ki, Vladimir Zelenski ilə “müxtəlif tərəflərdən” danışmaq imkanı Kiyev nümayəndələri ilə bir ildən artıqdır müzakirə olunub.

“Bu səylərə ABŞ hökuməti mane oldu. Vergi ödəyicilərimizin pullarından istifadə edən Amerikanın Kiyevdəki səfirliyi Zelenski hökumətinə mənə müsahibə verməyi qadağan edib”, deyə Karlson sosial mediada yayımladığı videoda bildirib.

Jurnalistin fikrincə, dünya indi nüvə müharibəsinə həmişəkindən daha yaxındır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar