NATO-nun baş katibi Ukrayna üçün əlverişsiz sazişi imzalayacağı təqdirdə təhlükələr barədə Donald Trampa xəbərdarlıq edib...
NATO-nun yeni baş katibi Mark Rutte Donald Trampa xəbərdarlıq edib ki, Ukrayna Rusiya ilə əlverişsiz sülh sazişi imzalasa, ABŞ üçün fəlakətli təhlükə yaranacaq.
Poliqon xəbər verir ki, Rutte bu barədə Financial Times qəzetinə müsahibəsində bildirib. NATO-nun baş katibi həmçinin Trampla Çin, İran və Şimali Koreyadan gələn təhlükələrdən də danışıb.
“Biz Şimali Koreya lideri Kim Çen In, Rusiya lideri Vladimir Putin, Çin lideri Si Tsinpin və İranın ittifaq yaratmalarına yol verə bilmərik. Amma biz Ukrayna üçün sərfəli olmayan razılığa gəlsək, bu baş verəcək. Bu isə təkcə Avropa üçün deyil, həm də ABŞ üçün ciddi təhlükəsizlik təhdididir”, deyə Rutte Qərb hərbi alyansının rəhbəri kimi ilk müsahibəsində qeyd edib.
Rutte bildirib ki, Rusiya KXDR-i raket texnologiyası ilə təmin edir və bu, təkcə Cənubi Koreya, Yaponiya üçün deyil, həm də Amerika materiki üçün ciddi təhlükədir.
NATO-nun baş katibi əlavə edib ki, o, bütün bünlarla bağlı noyabrın 22-də Mar-a-Laqo iqamətgahında ABŞ-ın seçilmiş prezidentini Qərb müttəfiqləri ilə əlaqələri davam etdirməyə və Ukraynanı dəstəkləməyə inandırmaq səyləri çərçivəsində Trampa bildirib.
Poliqon.info