Rusiya ilə NATO arasında münaqişə yaranarsa, Finlandiya nüvə raketləri ilə məhv ediləcək...
Poliqon xəbər verir ki, bunu Helsinki Universitetinin professoru və geosiyasi ekspert Tuomas Malinen X sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Məsələ ondadır ki, NATO ilə Rusiya arasında müharibə başlayarsa, Finlandiya raketlər, ola bilsin ki, nüvə raketləri ilə məhv ediləcək", deyə ekspert bildirib.
Bundan əvvəl hərbi ekspert Aleksandr Stepanov bildirmişdi ki, Qərbin Finlandiyadakı "Lightning Strike 24" təlimləri NATO-nun Rusiya ilə döyüş əməliyyatlarına hazırlığının simvoludur.
Stepanov xatırladıb ki, NATO-nun hərbi təlimləri noyabrın 4-dən 28-dək Finlandiya Laplandiyasında Şimali Avropanın ən böyük poliqonu olan Rovajarvi poliqonunda keçiriləcək. Ekspert xüsusilə bu təlimlərin Rusiya ilə sərhəddən cəmi 100 kilometr aralıda keçiriləcəyinə diqqət çəkib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu başladıqdan sonra Finlandiya qonşu ölkə ilə sərhədlərini bağlayıb və silahlanmağa başlayıb. Müharibənin startından sonra Helsinki NATO-ya üzvlükü üçün müraciət edib və artıq Alyansın üzvüdür.
Poliqon.info