Sabiq baş katib Yens Stoltenberq NATO-nun Ukraynadakı səhvlərindən danışıb...
NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq bildirib ki, 2014-cü ildən sonra alyans Ukraynaya daha çox silah versəydi, Rusiya “xüsusi hərbi əməliyyat”a başlamazdı.
Poliqon xəbər verir ki, Stoltenberq bu barədə “Politico” qəzetinə müsahibəsində bildirib.
“Mən inanıram ki, 2014-cü ildən sonra Ukraynanı daha çox silahlandırsaydıq, Rusiyanın işğalının qarşısını ala bilərdik. Ən azı, biz tam miqyaslı işğalla üzləşməyə bilərduk”, deyə Stolberq bildirib.
Xatırladaq ki, dünən Rusya prezidenti bildirib ki, Ukraynada münaqişə dövlət çevrilişi nəticəsində başlayıb və Rusiyanın Ukraynada müharibənin başlaması ilə heç bir əlaqəsi yoxdur.
Poliqon.info