Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ səhvən “Taliban”a 293 milyon dollar köçürüb

ABŞ Dövlət Departamenti ehtiyatsızlıqdan Əfqanıstandakı “Taliban” və ya “terrorla əlaqəli şəxslərə” 293 milyon dollar maliyyə ayırdığını etiraf edib...

Poliqon xəbər verir ki, bu barədə “Breitbard” Əfqanıstanın yenidən qurulması üzrə xüsusi baş müfəttişin hesabatına istinadən məlumat yayıb.

Ekspertlər bildiriblər ki, Demokratiya, İnsan Haqları və Əmək Bürosu (DRL) və Narkotiklərlə Mübarizə və Hüquq Mühafizə Bürosunun (INL) Əfqanıstandakı proqramlarının Dövlət Departamentinin baxış qaydalarına uyğun olub-olmadığını yoxlamaq üçün kifayət qədər sənəd təqdim etməyib. DRL dörd qrantla tərəfdaşları müəyyən etməkdə, INL isə 19 qrantla bağlı problemlər yaşayıb.

“Ümumilikdə, Dövlət Departamenti qrant proqramları çərçivəsində Əfqanıstana ən azı 293 milyon dollar küçürüb”, deyə hesabatda bildirilir.

Müfəttişlik həmçinin qeyd edir ki, yardımın məhz kimə göndərildiyini bilmək son dərəcə vacibdir. Əks halda, maliyyə vəsaitlərinin “Taliban”a və sanksiyalar altında olan digər təşkilatlara yönəldilməsinin qarşısını almaq mümkün olmayacaq.

Dövlət Departamenti etiraf edib ki, bütün bürolar sənədlərin saxlanması tələblərinə əməl edə bilmir. Məsələn, INL kadr dəyişikliyi və Əfqanıstan-Pakistan ofisinin ləğvi fonunda qarışıqlıq yaşayır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay