Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadırov qardaşı oğlunu Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edib

Çeçenistan başçısının 27 yaşlı qardaşı oğlu Həmzət Kadırov Təhlükəsizlik Şurasının yeni rəhbəri təyin edilib...

Poliqon xəbər verir ki, Ramzan Kadırov bu barədə iyulun 1-də özünün Telegram kanalında məlumat verib. Kadırovun sözlərinə görə, Qroznıda keçirilən iclasda bunla bağlı təklif verib. Əvvəllər Həmzət Kadırov Çeçenistan rəhbərinin müşaviri-köməkçisi vəzifəsində çalışıb.

“Hörmətli qardaşım oğlu Həmzət Kadırov Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib”, deyə Çeçenistan lideri sosial şəbəkədə yazıb.

Bundan əlavə, Kadırov Çeçenistanın Şalinski rayonunun administrasiyasının rəhbərliyində dəyişikliklər edilməsini təklif etdiyini bildirib. O qeyd edib ki, rayonun yeni başçısı Turpal-Əli İbrahimov olacaq.

Yeni təyinatlardan danışan Çeçenistan Respublikasının başçısı təklif etdiyi şəxslərin rəhbər vəzifələrdə böyük təcrübəyə malik olduğunu diqqətə çatdırıb. Kadırov hesab edir ki, onlara tapşırılan vəzifələrin öhdəsindən gələcəklər.

TASS xəbər verir ki, Həmzət Kadırovun həm mənəvi, həm də dünyəvi təhsili var. O, Tsentaroyevskaya Hafiz Məktəbini və Çeçenistan Dövlət Universitetinin Dövlət İdarəçilik fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ömrünün müxtəlif dövrlərində Çeçenistanda rəhbər vəzifələrdə çalışıb. Belə ki, o, Kurçaloyevski bələdiyyə dairəsi administrasiyasının rəhbəri olub, respublikanın bədən tərbiyəsi və idman naziri vəzifələrində çalışıb, vilayət rəhbərinin katibliyinin rəhbəri və baş nazirin müavini olub.

Xatırladaq ki, Kadırovun öz qohumunu rəhbər vəzifəyə təyin etməsi ilk dəfə deyil. Məsələn, son vaxtlar onun oğulları respublikada yüksək vəzifələr alırlar. Belə ki, may ayında Kadırovun 18 yaşlı oğlu bir neçə ayda ikinci dəfə nazir olub, apreldə isə Çeçenistan rəhbərinin daha bir oğlunun yeni təyinatı barədə məlumat yayılıb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay