Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya gəlib...

O, 1970-ci ildə orta məktəbi, 1971-ci ildə isə Xankəndi şəhərindəki avtomobil məktəbini bitirib.

1971-73-cü illərdə Minsk şəhərində hərbi xidmətdə olub.

1976-79-cu illərdə SSRİ Daxili İşlər Nazirliyinin Frunze adına Xüsusi Milli Məktəbində təhsil alıb və sonra təhsilini SSRİ DİN-in Akademiyasında davam etdirib.

Belorusiya SSR DİN-in və Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

DQMV Daxili İşlər Şöbəsində çalışarkən millətçi ermənilər tərəfindən ona qarşı müxtəlif təxribatlar edilib.

Saxta ittihamlarla günahlandırılan Əlif Hacıyev 10 il həbs cəzasına məhkum olunub, sonradan bəraət alaraq azadlığa buraxılıb.

1990-cı ildə Xocalıya qayıdaraq Qarabağda yaradılan Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərə qarşı mübarizəsini davam etdirib.

1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunub və Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin olunmaqla yanaşı, Xocalı aeroportunun komendantı olub.

1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilib.

Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərin nəzarətindən tamamilə çıxarılıb.

Ermənilərin "Xocalı əməliyyatı"na başladığı 25 fevral 1992-ci ildə, Xocalı camaatının kəndi tərk etmək barədə ermənilər tərəfindən edilən xəbərdarlığı qəbul etməyib, Bakıdan kömək gözlədiyi bir vaxtda Əlif Hacıyev və dəstəsi səhər saat 5-ə qədər azğınlaşmış düşmənlə vuruşub.

Döyüşlər qeyri-bərabər qüvvələr arasında getsə də, Ə.Hacıyev misilsiz qəhrəmanlıq göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxara bilib. Həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda balaca bir oğlan uşağına papağını hədiyyə edib ona demişdi ki, "qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan".

Təəssüf ki, o, bir daha qayıtmır. Yenidən döyüşə atılan Əlif avtomatın darağını dəyişərkən düşmən gülləsindən şəhid olur.

Hadisə şahidləri danışırlar ki, onun cəsədi Xocalıda beş gün böyürtkən kolunun dibində qalmışdı. Əlifin Nazim adında işçisi Hacıyev vurulanda həmin kolunun dibində onun yerini rahatlayıb, sırıqlısını da üstünə örtmüşdü. Nazim oradan Əlif Hacıyevin cəsədini götürəndə isə ermənilərdən biri deyib: "Əgər bilsələr, bu Əlifin meyitidir, onu sizə verməyəcəklər". Ona görə də Nazim Əlif Hacıyevin cəsədini maşında o biri meyitlərin altında gizlədib gətirmişdi.

Əlif Hacıyev Bakıda, Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi. Zərinə və İradə adlı iki qızı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Əlif Lətif oğlu Hacıyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Hazırda Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar