Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Həşimovun anası: "Övladlarımızı itirsək də şərəfli ad qazandıq"

"Bu gün xalqımızın başı dikdir. Çünki torpaqlarımız azad olunub. Biz övladlarımızı itirsək də şərəfli ad qazandıq"...

Bu sözləri “Report”un yerli bürosuna açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.

S.Həşimova fəxr edir ki, Azərbaycanın Polad Həşimov kimi generalı olub: "Fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. Ata-anasının başını dik edən oğullar sağ olsun".

Milli Qəhrəmanın anası onu da qeyd edib ki, bu gün Xankəndidə Azərbaycan bayrağı ucaldılıb: "Bayraqları ucaldan oğulların yeri behişt olsun! Allah şəhidlərimizə rəhmət eləsin! Bu gün qalib dövlət və qalib xalqıq. Biz övladlarımızı itirsək də şərəfli ad qazandıq. Xalqımız, Vətənimiz sağ olsun!”

Qeyd edək ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay