Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın nasist salamı və Hitlerin çıxışlarına olan sevgisi yenidən gündəmdədir

“ABŞ-nin keçmiş prezidenti Donald Tramp və onun tabeliyində olan işçilər mütəmadi olaraq ofisdə nasist salamı ilə bir-birilərini salamlayırdılar”...

Bunu milyarderin keçmiş həyat yoldaşı İvana Tramp 1990-cı ildə “Vanity Fair” jurnalına müsahibəsində danışıb.

Qeyd olunub ki, keçmiş prezidentin immiqrantlarla bağlı qalmaqallı bəyanatından sonra Trampın keçmiş arvadının verdiyi müsahibə yenidən gündəmə gəlib. Bu müsahibə zamanı o, Tramp üçün işləyən Con Uolterlə bağlı xatirələrini paylaşıb. Onun sözlərinə görə, o, Amerikanın keçmiş liderini salamlamaq üçün nasistlərə aid jestdən istifadə edib.

“Görünür, Donald Tramp öz alman irsinin bəzi aspektlərini ciddiyə alır. İvananın sözlərinə görə, (Uolter) Donaldı ofisində ziyarət edərkən, o, ayaqqabılarının dabanlarını yerə vurur və “Hayl Hitler” qışqırırdı”, - deyə jurnalda dərc olunan məqalədə qeyd olunub.

İvana, həmçinin iddia edib ki, Tramp Nasist Almaniyasının lideri Adolf Hitlerin çıxışları toplusunu oxuyub və onu çarpayısının yanında saxlayıb.

Eks-prezidentin sözlərinə görə, kitabı ona yəhudi dostu Marti Devis verib. O, bunun “Mein Kampf” (“Mənim mübarizəm”) deyil, çıxışlar toplusu olduğunu diqqətə çatdırıb.(oxu.az)

Poliqon.info


Etiket: Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Ən çox oxunanalar