Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərsu”nun 40 milyonluq tenderinin qalibi kimdir? – Adlar

“Azərsu” ASC-nin keçirdiyi iki tender müsabiqəsinin qalibi “Nardaran İnvest” MMC, “Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filialı və Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC birgə müəssisəsi olub.

Yeniavaz.com xəbər verir ki, “Azərsu” ASC hər iki tender üçün toplam 39 milyon 959 min 568 manat 8 qəpik ödəyəcək.

Belə ki, “Azərsu” ASC Ceyranbatan-Maştağa-Nardaran magistral su kəmərinin bir hissəsinin və bir ədəd su anbarının tikintisi işlərinin satın alınmasına görə 25 milyon 132 min 868 manat 39 qəpik,“Pirşağı-Bilgəh” şərq kanalizasiya kollektorunun tikintisi işlərinin satın alınmasına görə isə 14 milyon 826 min 699 manat 69 qəpik ödəyəcək.

Qeyd edək ki, “Nardaran İnvest” MMC-nin Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsus olduğu bildirilir.

KİV-də Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-nin isə əsas səhmdarlarından (12%-dən çox paya sahib) biri 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini olmuş Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olduğu yazılıb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar