Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Koreya Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıqdan narahatdır

Cənubi Koreya hakimiyyəti Şimali Koreya və Rusiya arasında mümkün hərbi əməkdaşlıqdan dərin narahatdır...

Poliqon xəbər verir ki, bunu Cənubi Koreyanın baş naziri Han Dak Su Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin arasında dünənki danışıqları şərh edərkən bildirib.

“Biz Rusiya ilə Şimali Koreya arasında münasibətlərin istiləşməsinin şahidiyik. İki ölkə arasında mümkün hərbi əməkdaşlıq barədə xəbərlər həyəcan vericidir”, deyə Cənubi Koreyanın baş naziri Polşada keçirilən forumda çıxışı zamanı bildirib.

Eyni zamanda, Han Dak Su Şimali Koreya və Rusiya liderləri arasında görüşün nəticələri ilə bağlı ətraflı məlumatın verilməsini gözləməyə çağırıb.

O əlavə edib ki, Şimali Koreyanın nüvə raketlərinin mümkün inkişafı təkcə Şərqi Asiya üçün deyil, həm də Avropa üçün təhlükə yaradır, çünki Şimali Koreyanın ballistik raketləri potensial olaraq bütün qitəyə çata bilər.

Sentyabrın 12-də Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər edib. Sentyabrın 13-də o, “Vostochnıy” kosmodromunda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Geniş tərkibdə danışıqlar bir saata yaxın davam edib. Sonra Rusiya prezidenti ilə Şimali Koreya liderinin təkbətək söhbəti olub. Danışıqlardan sonra Putin Rusiya ilə Şimali Koreya arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini qeyd edib. Kim Çen Inın Rusiyaya gəlişi fonunda ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, Vaşinqton iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafının qarşısını almaq üçün tədbirlər görməyə hazırdır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay