Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quyruqları tirtəyən, amma hürməyə davam edən ermənilərin sosial şəbəkələrimizə “hücum”u...

Ermənilər sosial şəbəkələrdə müxtəlif qruplarda təxribat xarakterli postlar paylaşaraq, insanları təşvişə salmaq istəyirlər...

Politoloq: “Ermənilərin Azərbaycan vətəndaşlarına pul qarşılığında ordumuzun hərəkətləri ilə bağlı informasiya yollamağı təklif etməsi, onların ciddi narahatlıqları ilə bağlıdır”.

“Hesab edirəm ki, yaxın zamanda iki ölkə arasında ciddi gərginlik yaşana bilər. Bu səbəbdən ermənilər bu cür cılız hərəkətlərə əl ataraq nəyəsə ümid edirlər”.

Bu sözləri politoloq Kamran Məmmədli ermənilərin sosial şəbəkələrimizə “hücum”a keçmələrini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənilər yenidən sosial şəbəkələrimizə “hücum”a keçiblər. Belə ki, onlar sosial şəbəkələrdə müxtəlif qruplarda təxribat xarakterli postlar paylaşaraq, insanları təşvişə salmaq istəyirlər. Həmçinin ermənilər azərbaycanlılara pul qarşılığında ordumuzun hərəkətləri ilə bağlı informasiya yollamağı təklif edirlər.

Ermənilərin bu “hücum” kampaniyalarını necə dəyərləndirmək olar və ermənilər arasında mövcud “təşviş nədən xəbər” verir?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sədri, politoloq Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Ola bilsin ki, separatçı qüvvələr yaxın zamanda Azərbaycan sərhədində və yaxud Qarabağ zonasında növbəti təxribata əl atsın”.

Ermənilərin bu kampaniyalarla hər hansısa bir nǝticǝ alacaqlarını düşünmǝlǝrinin gülünc olduğunu bildirən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, yaxın zamanda ermənilərin cəbhədə yeni təxribatlaraəl atmalarını istisna etmək olmaz:

“Ermənilərin Azərbaycan vətəndaşlarına pul qarşılığında ordumuzun hərəkətləri ilə bağlı informasiya yollamağı təklif etməsi, onların ciddi narahatlıqları ilə bağlıdır. Ola bilsin ki, separatçı qüvvələr yaxın zamanda Azərbaycan sərhədində və yaxud Qarabağ zonasında növbəti təxribata əl atsın. Ermənilər bu informasiya vasitəsi ilə Azərbaycan ordusunun cavab həmlələrini müəyyən etmək istəyirlər.

Hesab edirəm ki, yaxın zamanda iki ölkə arasında ciddi gərginlik yaşana bilər. Bu səbəbdən ermənilər bu cür cılız hərəkətlərə əl ataraq nəyəsə ümid edirlər. Eyni zamanda ermənilər bu formada kampaniyalarla Azərbaycan xalqının birliyini və milli ruhunu sındırmaq, ordumuzun moralını aşağı salmaq istəyirlər. Lakin onlar bilmirlər ki, bizim xalqımız vahid və möhkәmdir, bizim ordumuz qalib vә qürurludur, bizim dövlәtimiz Ermənilərdən fərqli olaraq müstәqil vә suverendir.

Ermənilərin bu kampaniyalarla hər hansısa bir nǝticǝ alacaqlarını düşünmǝlǝri isǝ gülüncdür. Hər bir halda, düşünürəm ki, yaxın zamanda ermənilər cəbhədə yeni təxribatlara hazırlaşırlar. Bu təxribatlara isə müzəffər ordumuzun layiqli cavab verməsi şübhə doğurmur. Hesab edirəm ki, Ermənilər üçün dəmir yumruğun yenidən yada salınma zamanı artıq yetişib”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Ən çox oxunanalar