Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan İcması erməni siyasətçinin əsassız açıqlamaları ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması Vətən müharibəsindən sonra bir ara Ermənistanın baş naziri olmaq niyyətinə düşən, 2021-ci ildə seçkilərdə cəmi 1 faiz səs toplamış, həmin il Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı bir nəfərdən ibarət “möhtəşəm” aksiya təşkil etmiş, daha sonra Xarici İşlər Nazirliyinin səfiri təyin edilmiş Edmon Marukyanın Azərbaycanla bağlı davamlı xarakter alan və son vaxtlar “aclıq”, “etnik təmizləmə”, “soyqırımı” kimi ifadələrin yer aldığı gülünc açıqlamaları ilə əlaqədar bəyanat yayıb.

İcmadan daxil olan bəyanatda bildirilib ki, 30 il ərzində işğal, etnik təmizləmə, yüz minlərlə azərbaycanlının dədə-baba yurdlarından qovulması, “məğlubedilməz erməni ordusu” ilə qürrələnən erməni siyasətçilərin, diplomatların Vətən müharibəsindən sonra “timsah göz yaşları” axıtması istehza doğurur.

“E.Marukyana xatırladırıq ki, məhz onun ölkəsi 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayıb, hətta sanki “belə qətnamələr mövcud olmayıb” yanaşmasından çıxış edib. İndi Ermənistanın və E.Marukyanın Təhlükəsizlik Şurasının mərhəmətinə bel bağlaması riyakarlıqdan başqa bir şey deyildir.

Qərbi Azərbaycan İcması E.Marukyana xatırladır ki, o, başqa ölkənin suverenliyini, ərazi bütövlüyünü hədəf alan, danışıqlar prosesini dağıdan açıqlamalar verməməli, əksinə, öz ölkəsinə aid məsələlərlə məşğul olmalı və bu xüsusda, rəsmi İrəvanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı üçün İcma ilə dialoqa təşviq etməlidir”.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar