Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus ordusunun cinayətləri: On minlərlə istintaq materialı hazırlanır...

Ukraynadakı müharibə edamlar, işgəncələr və zorlamalar da daxil olmaqla bir sıra qəddar zorakılıq dalğasına səbəb olub...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti yazır.

Nəşr yazır ki, müharibə cinayətləri ilə bağlı minlərlə hesabat beynəlxalq təşkilatlar, Avropa hakimiyyət orqanları və Ukrayna prokurorları tərəfindən sənədləşdirilib. ABŞ Dövlət Departamentinin Qlobal Cinayət üçün Ədalət səfiri Bet Van Şakın sözlərinə görə, ümumilikdə, müstəntiqlər on minlərlə müharibə cinayəti ittihamını araşdırır.

BMT-nin yeni hesabatında isə deyilir ki, rus hərbiçiləri 5-i qadın olmaqla 77 Ukrayna vətəndaşını edam edib.

Ukrayna təhlükəsizlik qüvvələri də mülki şəxsləri saxlayıb, lakin bu Rusiya ilə müqayisədə çox azdır və bu günə qədər Ukrayna hərbiçilərinin kimisə edam etməsi faktına rast gəlinməyib.

İyunun ortalarında BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Eliss Cill Edvards deyib ki, Rusiya hərbiçilərinin kobud və qəddar rəftarı dövlət tərəfindən təsdiq edilmiş bir modeldir: “Koordinasiya, planlaşdırma və təşkilatlanma səviyyəsinin aşağı olması Rusiya qoşunlarında özünü göstərir. Həmçinin qəddarlığa birbaşa icazə siyasəti yuxarı orqanlar tərəfindən düşünülmüş şəkildə həyata keçirilir”, deyə Edvards qeyd edib.

BMT, FTB, Avropa istintaq qruplarının müstətiqləri və prokurorlar Rusiya ordusunun qurbanı olan ukraynalı mülki şəxslər araşdırı və şahidləri dindirir. WP yazır ki, hərbi cinayətkarları Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi qarşısında məsuliyyətə cəlb etmək üçün on minlərlə istintaq materialı hazırlanır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar