Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə prezidentliyinə namizədlərin ikinci turda yol xəritəsi bəlli olub

R.T.Ərdoğan ikinci tura hazırlıq zamanı diqqəti televiziya proqramlarına və bölgələrə səfərlərə yönəldəcək...

Türkiyə prezidentliyinə namizədlər - ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan və CHP lideri Kemal Kılıçdaroğlunun mayın 28-də keçiriləcək prezident seçkisi öncəsi seçki strategiyaları bəlli olub.

R.T.Ərdoğan ikinci tura hazırlıq zamanı diqqəti televiziya proqramlarına və bölgələrə səfərlərə yönəldəcək, Kemal Kılıçdaroğlu isə terrorizmə qarşı qətiyyətlə mübarizə aparmaq istəyini vurğulamaqla meydana çıxmaq niyyətindədir.

Ərdoğanın seçkilərin ikinci turunda 10 günlük seçki kampaniyasında televiziya proqramlarına diqqət yetirməsilə yanaşı, fevral ayında dağıdıcı zəlzələlərin olduğu bölgələrə səfəri də planlaşdırılır. O, daha çox səs yığdığı bölgələrə təkrar səfər edərək mitinqlər keçirəcək. O da məlum olub ki, Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının bütün təşkilatlarına bu prosesdə yerində olmağı tapşırıb və əməkdaşlarına arxayınlaşmamaqla bağlı xəbərdarlıq edib.

Kemal Kılıçdaroğlu da zəlzələ bölgələrini ziyarət etməyi planlaşdırır.
İstanbul və Ankaranın hazırkı bələdiyyə sədrləri Ekrem İmamoğlu və Mansur Yavaş kampaniyada fəal iştirak edəcəklər.

Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament və prezident seçkiləri keçirilib. Bazar ertəsi Türkiyənin Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisinin ikinci turunun mayın 28-də keçiriləcəyini rəsmən elan edib. MSK-nın məlumatına görə, Ərdoğan 49,51%, rəqibi Kılıçdaroğlu isə 44,88% səs toplayıb.(Hürriyet)

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Ən çox oxunanalar