Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NBC News: Trampın kiçik oğlu qadının döyülməsi ilə bağlı London polisinə zəng edib

Barron Tramp ABŞ-dən London polisinə müraciət edərək hadisənin təcili olduğunu bildirib...

ABŞ prezidenti Donald Trampın kiçik oğlu Barron Tramp ötən il Londonda bir qadının döyülməsi ilə bağlı Böyük Britaniya polisinin təcili xidmətlərinə ABŞ-dən zəng edib.

Poliqon xəbər verir ki, bu barədə NBC News telekanalı Londonda davam edən məhkəmə prosesi çərçivəsində açıqlanan telefon danışığının stenoqramına istinadla məlumat yayıb.

Məlumata görə, zəng ötən ilin yanvar ayında edilib. Prokurorluğun məhkəməyə təqdim etdiyi stenoqramda Barron Trampın operatora “Mən ABŞ-dən zəng edirəm, indicə bir qız mənə zəng edib, onu döyürlər” dediyi qeyd olunub. O, hadisənin təxminən səkkiz dəqiqə əvvəl baş verdiyini və vəziyyətin son dərəcə təcili olduğunu vurğulayıb.

Zəng Londonda 22 yaşlı Matvey Rumyantsevin işi üzrə məhkəmə araşdırması zamanı sübut kimi təqdim edilib. Böyük Britaniya Assosiasiyalı Mətbuatın məlumatına görə, Rumyantsev hücum və zorlama ittihamları ilə üzləşib, lakin bu ittihamları qəbul etmir. Qanuni səbəblərə görə, ehtimal olunan zərərçəkənin adı açıqlanmır.

Stenoqrama əsasən, təcili yardım operatoru Barron Tramptan qadınla bağlı daha ətraflı məlumat — adı, yaşı və onu haradan tanıdığı barədə suallar verib. O isə cavabında bu detalları vacib saymadığını, əsas məsələ olaraq qadının döyülməsini göstərib. Barron Tramp bildirib ki, qız ona zəng edərək naməlum bir şəxs tərəfindən döyüldüyünü deyib və vəziyyətin nə qədər ağır olduğunu vurğulayıb.

Operatorun israrla əlavə məlumat istəməsindən sonra Barron Tramp sosial şəbəkələr vasitəsilə tanış olduqlarını deyib və yenidən hadisənin təcili xarakter daşıdığını qeyd edib. Stenoqrama görə, operator ondan daha sakit və dəqiq cavablar verməyi xahiş edib. Söhbətin sonunda Barron Tramp hücum edən şəxsi tanımadığını bildirib, kobudluğa görə üzr istəyib və qadının təhlükədə olduğunu bir daha vurğulayıb.

NBC News Rumyantsevin vəkilindən şərh almağa çalışsa da, cavab əldə olunmayıb. Ağ Ev isə məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar