Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: Avropa Parlamentinin Azərbaycan üzrə son qətnaməsinə dair hesabat verməyi vacib bilmirik

“İndiyə qədər Avropa Parlamentinin Azərbaycanı hədəfləyən qətnamələri ilə bağlı çoxsaylı hallarla rastlaşmışıq. Avropa-Azərbaycan əlaqələri barədə danışarkən, qeyd etmək lazımdır ki, burada müxtəlif təsisatlar mövcuddur. Bir sıra qurumlar bizə qarşı müsbət mövqedədir və bizimlə əlaqələri inkişaf etdirmək istəyirlər”.

Poliqon xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“AŞPA, Avropa Parlamenti kimi isə təsisatlar ikitərəfli münasibətlərdə neqativ gündəlik formalaşdırır. Bu qurumların bizə qarşı ədalətsiz mövqeyi təəssüf ki, digər Avropa qurumları ilə əlaqələrimizə təsir edib. Milli Məclisin Avropa Parlamentində 18 dekabrda bizə qarşı qəbul edilən qətnaməyə çox tutarlı cavabı olub. 2025-ci ildə Avropanın bir çox təsisatları Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyiblər. Biz onların bu addımlarına müsbət buna cavab verdik, çünki Azərbaycanın Avropanın bütün qurumları ilə münasibətləri inkişaf etdirmək marağı var. Növbəti il Avropanın bəzi qurumları münasibətləri düzəltmək istəsələr, biz də buna müsbət cavab verəcəyik. Təəssüf ki, bizim edə biləcəyimiz çox şey yoxdur və onlara təsir imkanlarımız da yoxdur. Ümumilikdə, dekabrın 18-də bizə qarşı qəbul edilən qətnaməyə dair hesabat verməyi vacib bilmirik”, - Ceyhun Bayramov qeyd edib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay