Baş katib: ABŞ və bütün müttəfiqlər Ukraynaya dəstəkdə ardıcıldır...
Poliqon xəbər verir ki, Sky News telekanalı NATO daxilində danışıqların dalana dirənəcəyi halda hərbi alyansın “plan B”yə malik olub-olmadığı barədə sualın qaldırıldığını bildirib. Müzakirə edilən ssenarilərdən biri döyüşlərin davam etməsi və ABŞ-nin Ukraynaya silah təchizatını dayandırması ehtimalını nəzərdə tutur.
Lakin NATO baş katibi Mark Rütte belə bir ssenarinin reallığı əks etdirmədiyini bildirib. Baş katibin sözlərinə görə, alyansın əsas xətti dəyişməz olaraq qalır və ABŞ də daxil olmaqla bütün NATO üzvləri Ukraynaya dəstəkdə çox ardıcıldır.
“Məncə, bu barədə düşünməyə ehtiyac yoxdur”, deyə Rütte qeyd edib.
Baş katib əlavə edib ki, Vaşinqtonun siyasəti aydın və sabitdir, NATO ölkələrinin ümumi mövqeyi də budur.
Həmçinin Rütte vurğulayıb ki, alyans çərçivəsində Avropa dövlətləri və Kanada müdafiə xərclərinin daha böyük hissəsini öz üzərinə götürməlidir. Onun sözlərinə görə, Ukraynaya dəstəyin davamlılığı üçün Avropanın maliyyə və hərbi yükü daha çox paylaşması vacibdir.
Poliqon.info