Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədəniyyət Nazirliyi 787 min manatlıq tenderdə “bir mənbə metodu”nu necə əsaslandırır?

Mədəniyyət Nazirliyinin 787 min manatlıq tenderlə bağlı “bir mənbə” sualı və ya normativ aktlar adı altında şəffaflıq problemi...

Mədəniyyət Nazirliyinin normativ hüquqi aktlarının təkmilləşdirilməsi üçün 787 min 650 manat vəsait ayrılması cəmiyyətdə haqlı suallar doğurur. Nazirliyin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC-nin bu məqsədlə “Legit Solve Advisors” MMC ilə müqavilə bağlaması, üstəlik satınalmanın dövlət satınalmalarının vahid internet portalında deyil, “bir mənbə metodu” ilə həyata keçirilməsi diqqətdən yayınmır.

Bizimesr.az bildirir ki, qanunvericilik “bir mənbə metodu”na yalnız məhdud və əsaslandırılmış hallarda icazə verir. Bu metod əsasən fövqəladə vəziyyətlərdə, alternativ icraçının olmadığı və ya vaxt amilinin həlledici olduğu hallarda tətbiq edilməlidir. Lakin son illər müxtəlif dövlət qurumlarında bu metodla bağlanan müqavilələrin sayının artması onun artıq istisna deyil, adi praktikaya çevrildiyi təəssüratını yaradır.

Xüsusilə normativ hüquqi aktların təkmilləşdirilməsi kimi uzunmüddətli və fövqəladə xarakter daşımayan xidmətlər üçün açıq tenderin keçirilməməsi şəffaflıq və rəqabət prinsiplərini sual altına alır. Mütəxəssislər bildirir ki, açıq tender keçirilsəydi, daha aşağı qiymət və daha geniş seçim imkanı yaranardı.

Şübhəsiz, rəsmi qurumlar bu cür müqavilələri qanuni əsaslarla rəsmiləşdirdiklərini iddia edirlər. Lakin cəmiyyət üçün əsas məsələ qanuniliyin formal yox, məzmun baxımından təmin olunmasıdır. Dövlət vəsaitinin xərclənməsi nə qədər əsaslandırılmış və açıq olarsa, ictimai etimad da bir o qədər güclü olar.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar