Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Londonda Ukrayna üzrə Avropa sammiti başlayıb

Böyük Britaniyanın paytaxtı Londonda, şəhərin mərkəzində yerləşən Lankaster-haus iqamətgahında bazar günü günorta saatlarında Ukrayna üzrə Avropa sammiti başlayıb...

“Report” “Sky News”a istinadən xəbər verir ki, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin təşkil etdiyi toplantıda 18 ölkə və birliklərin nümayəndələri iştirak edir.

Sammitə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, habelə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antoniu Koşta, NATO-nun Baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski qatılıb. Türkiyəni görüşdə xarici işlər naziri Hakan Fidan təmsil edir. Tədbir iştirakçıları arasında Ukraynanın Londondakı səfiri Valeri Zalujnı da görünüb.

Tədbir ərəfəsində bildirilirdi ki, müzakirələrin əsas mövzusu Ukraynanın mövqeyinin gücləndirilməsi, o cümlədən Kiyevə hərbi təchizat və Rusiyaya iqtisadi təzyiqlərin artırılması olacaq.

Xatırladaq ki, sammitdən bir gün öncə Starmer iqamətgahında Zelenskini qəbul etmişdi. Martın 2-də, bazar günü, səhər isə Böyük Britaniyanın hökumət başçısı italiyalı həmkarı Corca Meloni ilə ikitərəfli danışıqlar aparmışdı.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Erməni spiker Rusiyaya xəbərdarlıq edib: Keçmiş səhvləri təkrarlamayın...

İran ABŞ esminesinə zərbə endirdiyini iddia edib

Ən çox oxunanalar