Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “ANİMAFİLM Studio” yaradıcı heyəti ilə görüşüb...

APA xəbər verir ki, görüş zamanı Leyla Əliyeva studiyanın əməkdaşları ilə səmimi söhbət aparıb, yaradıcı şəxslərlə birlikdə ölkəmizdə animasiya sənətinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi edib. Görüşdə studiyanın direktoru Rəşid Ağamalıyev, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elçin Hami Axundov və studiyanın əməkdaşları iştirak ediblər.

Leyla Əliyevaya studiyada istehsal olunan yeni animasiya filmləri təqdim edilib. Azərbaycan və Özbəkistan animasiya ustalarının birgə istehsalı olan “Yer və Ay”, eləcə də Azərbaycan, Polşa və Almaniya animasiya mütəxəssislərinin əməkdaşlığı ilə ərsəyə gələn “Yulaf dönərgə” qısametrajlı animasiya filmlərinə baxılıb.

Bununla yanaşı, Leyla Əliyeva “ANİMAFİLM Studio” tərəfindən istehsalına başlanmış “İsi və Piti” adlı yeni uşaq animasiya serialının ilk iki seriyasının ilkin variantları ilə tanış olub. Təqdimat zamanı bildirilib ki, serial uşaqlara Azərbaycanı, onun milli-mədəni dəyərlərini, eləcə də müasir dövrdə inkişaf edən sənət sahələrini tanıtmaq baxımından mühüm maarifləndirici əhəmiyyət daşıyır.

Poliqon.info


Etiket: Leyla Əliyeva


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar