Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KTMT-nin yeni baş katibi seçilib

Taalatbek Masadıko­vun namizədliyi hərbi ittifaqın Bişkek sammitində təsdiqlənib...

Poliqon xəbər verir ki, Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində qurumun yeni baş katibi müəyyənləşdirilib. Qırğızıstan nümayəndəsi Taalatbek Masadı­kov təşkilatın baş katibi seçilib və o, 1 yanvar 2026-cı ildən etibarən bu vəzifəyə rəsmən başlayacaq.

Taalatbek Masadı­kov beynəlxalq münasibətlər sahəsində tanınan ekspert hesab olunur. O, Qırğızıstan hökumətində müxtəlif vəzifələr tutub, 12 ildən artıq Birləşmiş Millətlər Təşkilatının sistemində çalışıb və diplomatik ranq olaraq səfir statusuna malikdir. 2017-ci ildə o, Qırğızıstan prezidentliyinə namizədliyini irəli sürmüşdü.

Masadı­kov 2024-cü ilin yanvarında KTMT baş katibinin müavini vəzifəsinə təyin olunub və artıq bu müddətdə təşkilatın təhlükəsizlik gündəliyi, regional risklər və kollektiv müdafiə məsələləri üzrə fəal iştirak edib. Onun baş katibliyə seçilməsi rəsmilər tərəfindən “təşkilatın idarəçilik mexanizmlərində sabitlik və balansın qorunması addımı” kimi qiymətləndirilir.

Ekspertlər Masadı­kovun beynəlxalq platformalarda təcrübəyə malik olmasının KTMT-nin fəaliyyətinə daha praqmatik yanaşma gətirəcəyini, xüsusilə də təşkilat daxilində koordinasiya, təhlükəsizlik təhdidlərinə cavab və üzv ölkələrlə əlaqələrin optimallaşdırılması sahəsində rol oynayacağını qeyd edirlər. Onun dövründə Mərkəzi Asiya regionunun təhlükəsizlik məsələlərinin təşkilatın prioritetləri arasında daha da önə çıxacağı proqnozlaşdırılır.

KTMT-yə üzv dövlətlərin liderləri Bişkek sammitində Masadı­kovun seçilməsini yekdilliklə dəstəkləyib. Qurumun əvvəlki baş katibinin səlahiyyət müddəti başa çatdığından, rəhbərliyin Qırğızıstan təmsilçisinə keçməsi təşkilat daxilində növbəlilik prinsipinə uyğun hesab olunur.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Ən çox oxunanalar