Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Krasnodarda Ukraynanın PUA hücumundan sonra neft emalı zavodu yanır

Ukrayna ordusunun Baş Qərargahı Rusiyanın cənubunda ən iri neft emalı zavodlarından birinə zərbə endirildiyini bildirib...

APA xəbər verir ki, Baş Qərargahın məlumatına görə, iyunun 2-nə keçən gecə Krasnodar diyarında İlsk Neft Emalı Zavodu vurulub və müəssisədə yanğın baş verib.

Baş Qərargah qeyd edib ki, zavod Rusiya ordusunun yanacaq təminatında mühüm rol oynayır.

Məlumatda mayın 31-də həyata keçirilən digər zərbələrin nəticələri də açıqlanıb. Bildirilib ki, “Neptun” qanadlı raketləri ilə Novoşaxtinsk Neft Emalı Zavodunda iki, Saratov Neft Emalı Zavodunda isə bir ilkin neft emalı qurğusu məhv edilib.

Ukrayna tərəfi həmçinin Krımda Vidnoye yaşayış məntəqəsində “Pantsir-S1” zenit-raket kompleksinin məhv edildiyini açıqlayıb. Mejvodnoye yaxınlığında isə Rusiya hərbi gəmisinin vurulduğu bildirilib.

Bundan başqa, Kirov vilayətində yerləşən “Lazaryevo” neft nəqli infrastrukturu obyektində iki böyük yanacaq rezervuarının və nasos stansiyalarının zədələndiyi qeyd olunub.

Ukrayna Baş Qərargahı Donetsk vilayətinin Şaxtarsk şəhərində pilotsuz uçuş aparatları anbarının, həmçinin Belqorod, Zaporojye və Xerson istiqamətlərində dron idarəetmə məntəqələrinin məhv edildiyini də açıqlayıb.

Açıqlamada Donetsk, Dnepropetrovsk və Kursk vilayətlərində Rusiyanın canlı qüvvə cəmləşmələrinin də hədəfə alındığı vurğulanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay