Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kim Çen In yenidən Koreya Əmək Partiyasının baş katibi vəzifəsinə seçilib

Qərar partiyanın IX qurultayında qəbul olunub, dövlət agentliyi bunu tarixi qiymətləndirmə adlandırıb...

Poliqon xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Koreya Əmək Partiyasının baş katibi vəzifəsinə yenidən seçilib. Müvafiq qərar partiyanın IX qurultayında qəbul edilib.

Mərkəzi Teleqraf Agentliyi, ЦТАК-ın yaydığı məlumata görə, bu qərar son beş ildə aparılan mübarizənin və əldə edilən nəticələrin “tarixi qiymətləndirilməsi” kimi təqdim olunub. Agentliyin məlumatında bildirilir ki, bu addım Kim Çen Inın rəhbərliyi altında qazanılmış nailiyyətlərin təsdiqi və bütün xalqın iradəsinin ifadəsidir.

Rəsmi açıqlamada qeyd olunub ki, qəbul edilən qərar xalqın seçimini və mövqeyini özündə əks etdirən məsuliyyətli və təntənəli ifadədir. Dövlət mediası Kim Çen Inı ölkənin davamlı qələbələrinin simvolu kimi təqdim edib.

Kim Çen In 2011-ci ildən etibarən ölkəyə rəhbərlik edir. O, əvvəlki qurultayda da partiyanın ali vəzifəsinə seçilmişdi. Həmin qurultay 2021-ci ilin yanvar ayında keçirilmişdi.

Qeyd edək ki, Koreya Əmək Partiyası ölkənin əsas siyasi qüvvəsi hesab olunur və dövlət idarəçiliyində həlledici rol oynayır. Partiya qurultayları isə strateji kursun müəyyənləşdirilməsi və rəhbərliyin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay