Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kim Çen In: 2025-ci il KXDR-in inkişafında tarixi dönüş ili olub

Şimali Koreya lideri iqtisadi beşilliyin yerinə yetirildiyini və ordunun xarici əməliyyatda parlaq uğur qazandığını bəyan edib...

Poliqon xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In 2025-ci ili ölkənin “hərtərəfli inkişafında dinamik sıçrayışla müşayiət olunan tarixi dönüş ili” adlandırıb. Onun proqram xarakterli çıxışı Cənubi Koreyanın Mərkəzi Teleqraf Agentliyi tərəfindən Koreya Əmək Partiyasının genişləndirilmiş plenumundan dərc edilib.

Kim Çen In bildirib ki, ölkə beşillik gücləndirilmiş inkişaf planı üzrə nəzərdə tutulan hədəfləri reallaşdırıb. O, sənaye istehsalının artırılmasını, ötən illə müqayisədə taxıl məhsuldarlığının yüksəldiyini, iqtisadiyyat üçün mühüm sayılan bir sıra obyektlərin tikintisinin tamamlandığını və “qənaət rejiminin gücləndirilməsini” əsas uğurlar kimi sadalayıb. Agentliyin məlumatına görə, lider “cari ilin iqtisadi inkişaf hədəflərinə çatıldığını və beşilliyin tam şəkildə icra olunduğunu” vurğulayıb.

Şimali Koreya lideri çıxışında müdafiə qabiliyyətinin bütün komponentlərində aparılan modernizasiya işlərinə xüsusi diqqət ayırıb. Kim Çen In bildirib ki, “ordu bir ildən az müddətdə xarici hərbi əməliyyatda müxtəlif qoşun növləri üzrə parlaq döyüş uğurları əldə edib və dövlətin, eləcə də ordunun məğlubedilməzlik statusunu, beynəlxalq ədalətin həqiqi müdafiəçisi kimi şərəfini nümayiş etdirib”.

Xatırladaq ki, Kim Çen In 2021-ci ilin yanvarında Koreya Əmək Partiyasının VIII qurultayında əvvəlki beşilliyi iqtisadiyyatın demək olar bütün sahələrində uğursuz hesab etmişdi. Elə həmin qurultayda mövcud beşillik plan qəbul olunmuş, metallurgiya, kimya sənayesi, aqrar sektor və istehlak mallarının istehsalının artırılması əsas prioritetlər kimi müəyyənləşdirilmişdi.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay