Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan vətəndaşlarına "WhatsApp" xəbərdarlığı: "Telefonlarınızdan silin"

İran dövlət televiziyası öz vətəndaşlarını telefonlarından "WhatsApp" tətbiqini silməyə çağırıb...

Oxu.Az-ın xəbərinə görə, bu barədə "TRT News" məlumat verib.

Məlumata görə, səlahiyyətlilər bununla bağlı hər hansı konkret sübut təqdim etməyiblər, amma tətbiqin istifadəçi məlumatlarını toplayaraq İsrailə göndərdiyini iddia ediblər.

"WhatsApp" isə yaydığı bəyanatda bu ittihamların əsassız olduğunu deyib.

"Biz bu cür yalan məlumatların xidmətlərimizi bloklamaq üçün bəhanə kimi istifadə olunacağından narahatıq", - deyə şirkətdən bildirilib.

"WhatsApp" mesajların başdan-başa şifrələndiyini və şirkətin məzmuna çıxışının olmadığını vurğulayıb.

"Biz istifadəçilərin olduğu yerləri izləmirik, mesajların mətninə çıxışımız yoxdur və hökumətlərə məlumatlar məcmusu ötürmürük", - deyə qeyd edilib.

Kornell Universitetinin kibertəhlükəsizlik üzrə eksperti Qreqori Falkonun sözlərinə görə, mesajın məzmunun məxfi qalmasına baxmayaraq, "WhatsApp" üzərindən göndərilən bəzi metaməlumatlar şifrələnmir. Falko bu məlumatlar vasitəsilə istifadəçi davranışının qismən izlənilə biləcəyini söyləyib. Həmçinin "WhatsApp" məlumatlarının İran xaricindəki serverlərdə saxlanması səbəbilə məlumatların suverenliyi məsələsinin əhəmiyyət kəsb etdiyini dilə gətirib.

Xatırladaq ki, İran daha əvvəl də bir çox sosial media platformalarını qadağan etmişdi. Lakin əhali "VPN" və "Proxy" kimi üsullarla bu maneələri aşmağa davam edirlər. 2022-ci ildə ölkə daxilində başlayan etirazlar zamanı "WhatsApp" və "Google Play"ə giriş bağlanmış və bu qadağalar 2024-cü ilin sonunda aradan qaldırılmışdı.

"WhatsApp" İranda "Instagram" və "Telegram" ilə birlikdə ən çox istifadə edilən mesajlaşma proqramlarından biri kimi seçilir. Səlahiyyətlilərin son xəbərdarlığından sonra tətbiqin yenidən bloklanacağı ilə bağlı isə hələlik dəqiq məlumat yoxdur.

Poliqon.info

 


Etiket: İran WhatsApp


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay