Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İndiyədək görünməyən psixoloji seans tənqid edildi: Biri yıxılır, digəri əsir - Video

Bakıda özünü psixoloq kimi təqdim edən Əfsanə Qasımlı adlı şəxsin “şəfalanma” adlı seansı sosial şəbəkələrdə tənqidlə qarşılanıb...

Belə ki, seansa gələn xanımlar mavi rəngli xüsusi paltar geyiniblər, onlardan bəziləri psixoloqun dediklərinin təsiri altında əsib, bəziləri huşunu itirərək yerə yıxılıb, hönkürtü ilə ağlayıb... Xanımların düşdükləri vəziyyətə görə psixoloq linç edilib. Məlum olub ki, bu metodla insanların keçmişdə qurtula bilmədikləri problemləri şüur altında canlanır, onlar travmalarını xatırlayaraq şəfa tapırlar, bir daha həmin problemlərə görə qəm-qüssə çəkmirlər.

Tanınmış psixoloq Nizami Orucov isə Pravda.az-a açıqlamasında görüntüləri belə şərh edib:

“Buna seans demək mümkündürsə... İlk növbədə həmin seansı keçən şəxsin kimliyini sorğulamaq lazımdır. Kimdir, hansı ixtisasın sahibidir, hansı təhsil ocağını bitirib? Sonra da “hansı əsaslarla və nə keçir?” Bundan əlavə, yerdə sürünən insanlar sifarişlə sürünür, yoxsa həqiqi psixoloji problemləri və ya psixi pozuntuları var? Belə halda yenə də seansın əsasları sorğulanmalıdır. Hansı elmi araşdırmalara və hansı mənbələrə əsasən keçirilir? Nəyə xidmət edir? Gördüyünüz kimi suallar sonsuzdur və bir çoxu da cavabsız qalacaq. Üzümü dəyərli millətimə tutub, yenə də xatırlatmaq istəyirəm ki, diplomlu, psixoloji təhsil alıb, praktika keçmiş, adekvat davranan mütəxəssislərə üz tutsunlar”.

Poliqon.info


Etiket: psixoloq seans


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay