Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Mask “Tesla”dan 1 trilyon dollarlıq mükafat alacaq

Şirkət rəhbəri üçün tarixdəki ən böyük korporativ ödəniş təsdiqlənib...

Poliqon xəbər verir ki, “Tesla” şirkətinin səhmdarları və investorları illik ümumi yığıncaqda baş direktor İlon Maska 10 il ərzində 423,7 milyon səhm həcminə malik mükafat paketi ayrılması barədə qərar qəbul ediblər. Bu qərar dünya biznes tarixində indiyədək təsdiqlənmiş ən böyük korporativ ödəniş hesab olunur. Qətnaməni səhmdarların 75 faizi dəstəkləyib.

CNN-in məlumatına görə, İlon Maskın bu nəhəng mükafatı əldə etməsi üçün “Tesla”nın bazar dəyəri növbəti 10 ildə əlavə 7,5 trilyon dollar artmalıdır. Agentlik qeyd edir ki, bu halda Maskın gəlirləri 1 trilyon dollara çata bilər. Bununla belə, Reuters hesablayıb ki, faktiki məbləğ 878 milyard dollar səviyyəsində olacaq, qalan hissə isə vergi və digər məcburi ödənişlərə yönələcək.

Eyni zamanda, yığıncaqda “Tesla”nın Direktorlar Şurasının üç üzvü yenidən seçilib və bütün üzvlər üçün illik seçkilərin keçirilməsi təşəbbüsü də təsdiqlənib. Bundan başqa, səhmdarlar şirkətin İlon Maskın süni intellekt sahəsindəki “xAI” startapına investisiya planına da razılıq veriblər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar