Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günəş enerjisi layihələri üzrə İcra və İnvestisiya müqavilələri imzalanıb

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində üç günəş enerjisi layihəsi üzrə müqavilələr imzalanıb...

“APA-Economics” xəbər verir ki, Azərbaycan Respublikası Hökuməti və “Enerso Cəbrayıl” MMC arasında Azərbaycan Respublikasında 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsini energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Eldar Məmmədzadə imzalayıb.

Azərbaycan Respublikası Hökuməti və “Clean Energy Jabrayil” MMC arasında Azərbaycan Respublikasında 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası layihəsi üzrə İnvestisiya müqaviləsini energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Xəyalə Nağıyeva imzalayıb.

Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında Naxçıvan şəhərində 30 MVt gücündə günəş elektrik stansiyasının qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi isə energetika nazirinin müavini Elnur Soltanov və “Nobel Energy Limited” şirkətinin baş direktoru Vüqar Səmədli tərəfindən imzalanıb.

“Yaşıl enerji zona”larının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən layihələrin reallaşması nəticəsində ümumilikdə illik 268 mln. kVt·st elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 59 mln. kubmetr qaza qənaət edilməsinə və 128 min. ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay